EN AZ RU Nefroloq Fərhad Şirinovun saytına xoş gəlmisiniz:
Bona Dea Hospital
(+994)50 627 06 99 info@nefroloqfarhadshirinov.az

Xİdmətlər

Böyrək osteodistrofiyası - xroniki böyrək xəstələrində sümük problemləri

 

Böyrək çatışmazlığı ilə əlaqəli sümük xəstəliyi olan insanlarda kalsium, paratiroid hormonu (PTH), fosfor və aktivləşdirilmiş D vitamini balansı pozulur.
Bu nəticədə sümüklərin asanlıqla qırılmasına, ürəyin də daxil olmaqla bədənin yumşaq toxumalarının sərtləşməsinə səbəb olur.
Kalsium yeni sümük hüceyrələrinin qurulması və mövcud sümüklərin möhkəm olması üçün vacibdir. Süd, qatıq, pendir və sümüklü balıq konservləri kalsiumla zəngindir.Böyrək çatışmazlığı zamanı qanınızdakı kalsium səviyyəsi çox aşağı olur, paratiroid (qalxanabənzər ətraf )vəzilərdən (boynunuzdakı dörd kiçik vəzi) PTH adlı bir hormon ifraz olunur. Qanda kalsium səviyyələri çox aşağı olarsa, PTH kalsiumun qan səviyyəsini normala qaytarmaq üçün sümüklərinizdən kalsiumu çıxarmağa başlayacaq. Uzun müddət davam edərsə sümükləri zəiflədə bilər, buna görə də sümük toxuması kövrəkləşir və tez qırılır.

Vitamin D və böyrəklər.
Sağlam böyrəklər D vitaminini aktivləşdirir. D vitamininin aktivləşdirilmiş formasına kalsitriol deyilir. Kalsitriol orqanizmin kalsiumu mənimsəməsinə kömək edir. Böyrəklərin xroniki xəstəliyi olduqda aktiv D vitaminini yaranmır, qəbul olunmuş qidalardan kalsium mənimsənilmir.

Böyrək osteodistrofiyasının simptomları
Sümük ağrısı
Sümük deformasiyası
Sümük sınıqları
Zəif hərəkətlilik

Böyrək osteodistrofiyası testi

Böyrək osteodistrofiyası üçün test kalsium, fosfor və PTH səviyyələrinizi ölçmək üçün qan nümunəsi götürülür.

Böyrək osteodistrofiyasının müalicəsi

Böyrək osteodistrofiyasının müalicəsinin məqsədi bədəndə kalsium, PTH, fosfor və D vitamini arasında balansı bərpa etməkdir. Böyrək osteodistrofiyası fosfor bağlayıcıları, aktivləşdirilmiş D vitamini və aşağı fosforlu pəhriz ilə idarə oluna bilər.

Böyrək ağrısının simptomlarına aşağıdakılar daxildir:

Bəzi mineralların naməlum səbəblərdən böyrək...

Plazma hüceyrələrinin nəzarətsiz artması nəticəsində...

Natrium hüceyrələrdə su balansını qorumağa...

Bona Dea Hospital

(+994)50 627 06 99

info@nefroloqfarhadshirinov.az