Ürək-damar xəstəlikləri dializ xəstələrində xəstələnmə və ölüm hallarının ən mühüm səbəbidir. Belə yüksək ölüm nisbətinin əsas səbəbi hipertoniyanın lazımi səviyyədə idarə oluna bilməməsidir. Böyrək funksiyası azalmış bütün dializ xəstələrində mayenin yığılması baş verir. Maye yığılması hüceyrədənkənar həcmdə və onunla dəyişən qan həcminin artmasına səbəb olur. Nəticədə ürəyin dəqiqə həcmi artaraq hipertoniyaya səbəb olur.
Bu səbəbdən dializ xəstələrinin quru çəkisini dəqiq müəyyən etmək və artıq mayeni ultrafiltrasiya ilə çıxarmaq lazımdır. Belə hallarda kardiyotorasik indeks və exokardioqrammada sol atrium diametrinin ölçülməsi kimi qeyri-invaziv üsullar faydalı ola bilər.