Diabetik nefropatiya diabetin həyat keyfiyyətini pozan ən vacib və ən çox görülən ağırlaşmalarından biridir. Diabetik böyrək xəstəliyi olaraq da adlandırılan bu xəstəlikdə müntəzəm təqib və uyğun müalicə həyati əhəmiyyət kəsb edir.
DİABETİK NEFROPATİYANIN ƏLAMƏTLƏRİ HANSIDIR?
Diabetik nefropatiyanın ilkin mərhələlərində heç bir əlamət müşahidə olunmur. Ancaq sonrakı dövrlərdə hipertoniya, sidikdə protein, ayaq, topuq və ya əllərdə ödəm, çəki artımı, tez-tez sidiyə getmə, çaşqınlıq və diqqət dağınıqlığı, təngnəfəslik, iştahsızlıq, ürəkbulanma və qusma kimi simptomlar meydana gəlir.
Diabetik böyrək xəstəliyinin aşkarlanması və müalicəsi üçün nefroloq həkimə müraciət edin.