Böyrək daşlarının yaranma səbəbləri
Qandakı bəzi mineral maddələr və mübadilənin son məhsulları böyrəklər vasitəsi ilə sidikdə həll olunmuş şəkildə ifraz olunur. Lakin kristalların həllolma qabiliyyətinin azalması və müxtəlif səbəblərdən böyrəklərdə toplanması nəticəsində daşlar əmələ gəlir.
Daş əmələ gəlməsində qidalanma ilə bağlı faktorlar vacibdir. Bunlardan ən əhəmiyyətlisi kifayət qədər maye qəbul etməməkdir. Qidalanmada yüksək heyvan zülalının qəbulu, yüksək miqdarda duz istehlakı səbəblər arasında sayıla bilər. Sidik yolları infeksiyaları, böyrək anomaliyaları, bəzi dərmanlar və genetik faktorlar da daş əmələ gəlməsində təsirli ola bilər.