Xroniki böyrək xəstəliyi çox vaxt gizli gedişə malikdir və erkən dəri ilə əlaqəli əlamətlər və simptomlar ola bilərki bu simtoplara diqqət eləmək lazımdır.
Bir çox dəri tapıntıları -geniş yayılmış qaşınma, dəridə quruluq və dəri rənginin qaralması demək olar ki, bütün xroniki böyrək xəstələrində rast gəlinə bilər.
Dəridə simptomlara
Orqanizmdə yığılan zəhərli maddələr (sidik cövhəri, fosfor və s.),
Xəstələrin istifadə etdiyi dərmanlar (dəmir, vitamin, fosfat bağlayan dərmanlar, təzyiq dərmanları)
İmmun sisteminin pozulması nəticəsində yaranır.
Dəri tapıntıları xroniki böyrək çatışmazlığında yaxşı bir bələdçidir.Xroniki böyrək çatışmazlığında qaşınma tez-tez olur və xəstəliyin şiddətinin artması ilə qaşınmanın şiddəti artır. Müxtəlif mənbələrə görə, dializdə olan xroniki böyrək çatışmazlığı xəstələrinin 50-60 faizində qaşınma müşahidə olunur.Qaşınma daha çox dializ zamanı və ya sonrasında şiddətlənir.
Xroniki böyrək çatışmazlığında başqa bir rast gəlinən simptomu dəri quruluğudur. Bu vəziyyətin tər və yağ vəzilərinn kiçilməsi və dializ nəticəsində epidermisin su tutma qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasından qaynaqlandığı düşünülür.