EN AZ RU Nefroloq Fərhad Şirinovun saytına xoş gəlmisiniz:
Bona Dea Hospital
(+994)50 627 06 99 info@nefroloqfarhadshirinov.az

Xİdmətlər

Böyrək  daşları kimlərdə yaranır?

✔️Bəzi mineralların naməlum səbəblərdən böyrək kanallarında birləşməsindən əmələ gələn sərt strukturlara böyrək daşları deyilir. Kişilərdə qadınlara nisbətən 3 dəfə çox rast gəlinən bu xəstəlik müalicə ilə aradan qaldırılsa da, bir dəfə baş versə belə, təkrarlanma ehtimalı var. Hər yaşda müşahidə oluna bilsə də, daha çox 30 yaşlarında olan fərdlərdə rast gəlinir. Böyrək daşları müalicə olunmazsa, böyrək kanallarının tıxanmasına gətirib çıxarır ki, bu da böyrəkdə təzyiqin artmasına, şiddətli ağrılara və orqanın funksiyalarının pisləşməsinə səbəb olur. Bu səbəblə böyrək daşı olan fərdlər ağrıları olmasa belə mütləq müalicə olunmalıdır.

Böyrək daşı xəstəliyinin ən çox bilinən simptomları bunlardır:

Şiddətli qarın və bel ağrısı
ürəkbulanma və qusma
Sidikdə qan görmək
Tempratur yüksəlməsi və Titrətmə
Böyrək daşının səbəbləri
Böyrək daşlarının əmələ gəlməsinin dəqiq səbəbi bilinməsə də, xəstəliyin inkişaf riskini artıran bəzi amillər var. Ailəsində böyrək daşı xəstəliyi olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Yanlış qidalanma vərdişləri də böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər. Böyrək daşlarının əmələ gəlməsi riskini artıran digər amillər:

Piylənmə
Təkrarlanan sidik yollarının infeksiyaları
Əvvəllər böyrək daşı probleminin olması
Fiziki fəaliyyətin az olması
Anadangəlmə böyrək anomaliyaları
Böyrəklərdə hər hansı digər xəstəliyin olması
Xroniki bağırsaq problemləri (qəbzlik,köp,iltihabi bağırsaq xəstəlikləri)
Gut (Podaqra)

Uzun müddət davam edən şəkərli...

Xroniki böyrək xəstəliyi 

Sidikdə Candida varlığı adətən genital...

Böyrək daşı xəstəliyi
Böyrək...

Bona Dea Hospital

(+994)50 627 06 99

info@nefroloqfarhadshirinov.az