EN AZ RU Nefroloq Fərhad Şirinovun saytına xoş gəlmisiniz:
Bona Dea Hospital
(+994)50 627 06 99 info@nefroloqfarhadshirinov.az

Xİdmətlər

Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi
Böyrək daşlarının tərkibində adətən kalsium duzları, sidik turşusu, sistin və ya struvit (maqnezium, ammonium və fosfat duzlarının qarışığı) olur. Kalsium daşları daha çox yayılmışdır və tərkibində kalsium oksalat və ya kalsium fosfat kristalları və ya hər ikisinin qarışığı var. Böyrək daşlarının yayılması kişilərdə 9%-ə, qadınlarda isə 2-4%-ə çatır.
Sidik sisteminin daş xəstəliyi (nefrolitiaz) müxtəlif klinik əlamətlərlə müşahidə oluna bilər:
• Asimptomatik mikroskopik hematuriya/pyuriya
• Renal kolik (böyrək sancısı)(makroskopik hematuriya ilə və ya olmayan)
.Sidik yollarının təkrarlanan infeksiyası
.Obstruktiv uropatiya
Nefrolitiazın klassik simptomu makroskopik və ya mikroskopik hematuriya ilə müşayiət olunan bel ağrısıdır. Makroskopik hematuriya tez-tez iri daşların olduğu hallarda və ya infeksiyanın inkişafından sonra müşahidə edilir. Klassik nefrolitiaz ağrıları böyrək kolikası adlanır və daş böyrək ləyənindən sidik kanalına keçdikdə baş verir. Simptomların şiddəti yüngül ağrıdan şiddətli ağrıya qədər dəyişə bilər. Ağrıya əlavə olaraq, ürəkbulanma, qusma və dizuriya digər müşayiət olunan simptomlarıdır. Ağrı, daşın keçməsinin və ya cərrahi müdaxilənin tamamlanması ilə başa çatır. Ağrının olmaması sidik daşı xəstəliyinin olmasını istisna etmir.
Pəhriz müalicəsi
Bütün daş növlərində maye qəbulunun artırılması müalicənin əsasını təşkil edir. Böyük miqdarda maye qəbulu (2-2,5 lt/gün) nəticəsində 5 illik daş residivində 50%-dən çox azalma əldə edilə bilər. Pəhrizdə duzun məhdudlaşdırılması sidikdə ifraz olunan kalsiumun miqdarını azaldır, buna görə də daş əmələ gəlməsi azalır. Yüksək zülal qəbulu sidikdə kalsium ifrazını artıracağından və mənfi kalsium balansı yaradacağından, pəhrizdə zülalın məhdudlaşdırılması məsləhət görülür. Hiperkalsiurik daş xəstəliklərinin müalicəsində uzun müddətdir ki, aşağı kalsiumlu pəhriz tövsiyə olunur və onun sidiklə kalsium ifrazını azaltmaqda effektivliyi də məlumdur.

Qlomerulonefrit böyrəklərin kiçik süzgəclərinin xəstəliyidir...

Böyrək daşı xəstəliyi
Böyrək...

Böyrək biopsiyası renal parenximal xəstəliklərin...

Xroniki böyrək çatışmazlığı və ya...

Bona Dea Hospital

(+994)50 627 06 99

info@nefroloqfarhadshirinov.az