Böyrək biopsiyası renal parenximal xəstəliklərin diaqnostikasında, xəstəliyin təqibində və hansı müalicə metodunun tətbiq edilməsinin təyinində qızıl standart olaraq qəbul edilmiş bir müayinə üsuludur. Hal-hazırki dövrdə ultrasəs müayinəsi müşayiətində avtomotik və ya yarı avtomotik iynələr ilə aparılan böyrək biopsiyasında major fəsad vermə riski olduqca azdır.
📍Böyrək biopsiyasına göstərişlər hansılardır?
Səbəbi bəlli olmayan xroniki böyrək xəstəlikləri
Kəskin böyrək zədələnmələri (postrenal obstruksiyon, azalmış böyrək perfuziyası və kəskin tubulyar nekroz inkar olunduğu hallarda)
Nefrotik sindrom
İzola nonnefrotik proteinuriya
İzola mikroskopik hematuriya
Ailvi böyrək xəstəlikləri
Renal disfunksiya ile gedən birləşdirici toxuma xəstəlikləri
Nəql olunmuş böyrək disfunksiyası
Böyrək biopsiyanın üstünlükləri nələrdir?
🔴 Böyrəyin zədələnməsinə səbəb olan xəstəlik aşkarlanır.
🔴 Zədələnmənin formasını və dərəcəsini müəyyənləşdirmək mümkün olur.
🔴 Müalicə sxeminin seçilməsində faydalı olur. Çünki biopsiya aparıldıqda xəstəni əlavə dərmanlarla yükləməyə ehtiyac qalmır, dəqiq diaqnoz qoyulur və nəticədə effektiv müalicə aparılmış olur.
🔴 Müalicə faydasız olarsa və böyrək köçürülməsi ehtiyacı yaranarsa, böyrək zədələnməsinin səbəbinə dair biopsiya nəticəsi olduğu təqdirdə bu proses uğurlu şəkildə həyata keçirilə bilir.