EN AZ RU Nefroloq Fərhad Şirinovun saytına xoş gəlmisiniz:
Bona Dea Hospital
(+994)50 627 06 99 info@nefroloqfarhadshirinov.az

Xİdmətlər

Böyrək köçürmənin faydaları

Xroniki böyrək xəstəliyinin son mərhaləsinin müalicəsində xəstələr üçün iki müalicə üsulu var: dializ və böyrək köçürülməsi (transplantasiya). Bu müalicə variantlarının seçiminə həkim, xəstə və ailəsi məsləhətləşərək qərar verməlidir. Dializ xəstəni həyatda saxlayan bir müalicə üsuludur. Ancaq heç bir maşın, heç bir aparat  təbii orqanın bütün funksiyalarını yerinə yetirə bilməz. Bu səbəbdən böyrək nəqli (transplantasiya) həm xəstənin ömrü, həm də həyat keyfiyyəti baxımından böyük üstünlüklərə malikdir. Xəstələr həyatlarını olan məhdudiyyətlərdən, xüsusilə yemək və az maye qəbulundan xilas olur və sərbəst qidalanan sağlam insanlar kimi həyatlarını aparırlar. İş və sosial həyat normala qayıdır. Onlar artıq dializ üçün müalicə mərkəzlərində keçirdikləri uzun vaxtları (həftədə 3  dəfə 3-4 saat) özlərinə həsr etmək imkanı əldə ediblər. Daha uzun yaşayırlar.Başqa tərəfdən böyrək transplantasiyası xərcləri dializdən azdır. Canlı donorlardan alınan böyrəklərlə transplantasiyaların nəticələri meyitdən alınan böyrəklərlə müqayisədə daha yaxşıdır.

Hemodializ - böyrək funksiyalarının itirilməsi nəticəsində...

Sidikdə zülalın olması və ya...

Böyrək biopsiyası: Böyrək toxumasının xəstəliklərini...

Nefrotik sindrom, böyrək zədələnməsi nəticəsində...

Bona Dea Hospital

(+994)50 627 06 99

info@nefroloqfarhadshirinov.az