Sidikdə zülalın olması və ya başqa adı ilə proteinuriya böyrək xəstəliklərinin mühüm bir əlamətdir. Sağlam şəxslərdə gün ərzində sidiklə ifraz olunan zülalın miqdarı 80-150 mq olur. Sutkada 300 mq- dan artıq zülalın xaric edilməsi proteinuriya adlanır.
Sidikdə zülalın olmasının səbəbləri, əsasən, böyrək xəstəlikləridir. Qlomerulyar xəstəliklər, tubulointerstisial xəstəliklər, böyrəyin iltihabı xəstəlikləri, ikincil olaraq diabetik böyrək xəstəlikləri və ya hipertoniya xəstəliklərindən sonra sidikdə artıq miqdarda zülalın aşkarlanması ola bilər.
Sidikdə zülal aşkarlandığı zaman nefroloqa müraciət etmək lazımdır.