Əzilmə Sindromu adətən zəlzələ, mədən qəzası, müharibələr zamanı partlayış kimi hadisələrdən sonra görülən bir sindromdur, uzun müddət sıxılma və hərəkətsizlik nəticəsində yaranır. Bu sindromda əzələlərdə şiddətli əzilmə və zədələnmələr baş verir. Əzilmə Sindromu nəticəsində şok, böyrək çatışmazlığı, ürək və tənəffüs çatışmazlığı görülə bilər. Nəticədə əzələ şişməsi Compartment sindromuna səbəb ola bilər.
Zəlzələlərdə travmanın birbaşa təsirindən sonra ən çox görülən ölüm səbəbi əzilmə sindromudur. Əzilmə sindromu əzilmə, uzun müddət sıxılma və hərəkətsizlik nəticəsində yaranır və əzələlərin həddindən artıq əzilməsi sürətli və effektiv müalicə tətbiq edilmədikdə ölümlə nəticələnə bilər.
ƏZİLMƏ SİNDROMUNUN ƏLAMƏTLƏRİ HANSIDIR?
Əzilmə sindromu böyük əzələ kütləsi əzildikdə və ya zədələndikdə baş verir.
Əzilmə sindromu olan şəxs dağıntılar altından çıxanda sağlam görünə bilər. Ancaq bir müddət sonra əzilmiş toxuma zülalları qana qarışır və ürək və ağciyərlər, xüsusilə böyrəklər bu vəziyyətdən təsirlənir.
Crush sindromunun ən parlaq simptomu sidiyin qəhvəyi rəngidir.
Yorğunluq, ödem, aşağı təzyiq görünə bilər. Şok mümkündür.
Bədənin elektolitləri pozulduğu üçün qusma baş verə bilər.
Qanda kretinin, sidik turşusu, kalium və fosfat yüksələ bilər.
ƏZİLMƏ SİNDROMUNUN MÜALİCƏSİ
Crush sindromunun inkişaf etmiş səviyyələrinin böyrək çatışmazlığına səbəb olduğu bilinir. Bu səbəblə Crush sindromunda ilk növbədə böyrəklərə olan mənfi təsir azalmağa çalışılır.
Crush sindromu aşkar edildikdən sonra tətbiq olunan ilk üsul adətən venadaxili maye verilməsini artırmaqdır. Kaliumun dəyəri aşağı salınmalıdır. Əzilmə sindromunda müalicə mütəxəssislər tərəfindən aparılmalıdır.