Həddindən artıq istilər müxtəlif sağlamlıq problemlərini də gətirir. Temperatur və rütubətin artmasına bağlı olaraq bədən istiliyi yüksəlir və maddələr mübadiləsi bu yeni vəziyyətə uyğunlaşmağa çalışır.
Normalda tərləmə və bədən istiliyi tarazlıqda saxlanmağa çalışılır. Ancaq həddindən artıq isti havada bədən istiliyini yalnız tərləmə ilə tarazlaşdırmaq mümkün deyil. Yaşlılarda, körpələrdə və xroniki xəstəlikləri olanlarda tərləmə mexanizmi ilə bədən istiliyini tarazlıqda saxlamaq həmişə mümkün olmaya bilər.Bundan əlavə, piylənmə, hər hansı bir xəstəlik nəticəsində yüksək hərarət, həddindən artıq maye itkisi (dehidrasiya), ürək xəstəlikləri, psixi və əsəb xəstəlikləri, alkoqol və narkotik maddələrin istifadəsi, bəzi müalicəvi dərmanların (qan təzyiqini azaldan, sidikqovucu və s.) istifadəsi zamanı artan bədən istiliyi beyin və digər həyatı orqanların zədələnməsinə səbəb ola bilər.
Həddindən artıq istidən ən çox təsirlənən qruplar bunlardır:
65 yaşdan yuxarı yaşlılar
Dörd yaşından kiçik uşaqlar
qayğıya ehtiyacı olanlar,
Hamilə qadınlar,
Açıq havada işləyənlər
Artıq çəkili insanlar,
Xroniki xəstəlikləri olanlar (şəkərli diabet, ürək-damar xəstəlikləri, serebrovaskulyar xəstəliklər, psixoloji xəstəliklər, xroniki tənəffüs sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri)
Davamlı olaraq dərman qəbul edən insanlar (xüsusilə qan təzyiqini aşağı salan, sidikqovucu, depressiya və yuxu həblər
Xüsusilə xroniki xəstəlikləri olan və tək yaşayan yaşlılar ən çox risk qrupudur.
Ümumi Mühafizə
Günün ən isti saatlarında (10.00-16.00) zərurət olmadıqca çölə çıxmaq olmaz.
Açıq havada işləyənlər mümkün qədər günəş altında az qalmalı , həddindən artıq hərəkətlərdən uzaq durmalı, tez-tez sərinləşdirici maye qəbul etməlidirlər.Geyim açıq rəngli, yüngül təbii parcalarçalardan olmalı.
Gərgin fiziki fəaliyyət və idman üçün səhər və axşam saatlarına üstünlük verilməli, idmanın hər saatı üçün ən azı 2-4 stəkan maye qəbul edilməlidir. Ağır fiziki fəaliyyətlərdən çəkinmək lazımdır.
Qidalanma
Susuzluq hissi olmasa belə, hər gün ən azı 2-2,5 litr (12-14 stəkan) maye qəbul edilməlidir.