Siqaret çəkmək xroniki böyrək xəstəliyi riski olan xəstələrdə ürək-damar mənşəli ölümlər üçün güclü risk faktorudur. O, həmçinin nefropatiyanın irəliləməsi ilə də güclü şəkildə əlaqələndirilir. Kiçik bir araşdırmanın nəticələri göstərdi ki,Şəkərli diabet olan xəstələrdə siqaretdən imtina olunması böyrək xəstəliyinin gedişatını 20-25 faiz azaldır.
Xroniki böyrək xəstələrində Siqareti buraxmaq hər dəfə həkim ziyarətində güclü şəkildə təşviq edilməlidir. Xəstələrə nikotin əvəzedici müalicələr (məsələn, yamaq, saqqız) və antidepresan bupropion təklif edilməlidir.